ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Hamımız illərdir eyni şeyi eşidirik: "Yumurta sarısı yemə, xolesterini qaldırır, ürəyi sıradan çıxarır". Hətta çoxumuz bişirdiyimiz yumurtanın sarısını kənara qoyub ancaq ağını yeyirdik. Amma alimlərin son araşdırmaları bütün bu qorxuların əsassız olduğunu üzə çıxarıb. Məlum olub ki, problem yumurta sarısında deyil, bizim onu necə və nə ilə yeməyimizdədir.Sən demə, qandakı xolesterini yüksəldən əsas günahkar yumurta yox, həddindən artıq yağlı və ağır yeməklərdir. 2025-ci ildə aparılan təcrübə hər kəsi təəccübləndirib. Gündə iki yumurta yeyən, amma eyni zamanda ağır yağlı yeməklərdən uzaq duran insanlarda "pis" xolesterin səviyyəsi nəinki qalxmayıb, hətta aşağı düşüb. "Yumurta təkbaşına heç bir risk yaratmır" deyən mütəxəssislər, onu kolbasa və ya quyruq yağı kimi doymuş yağlarla birgə qızartmağın təhlükəli olduğunu bildirirlər.Yumurtanın sarısını atmaq əslində bədəni ən vacib vitaminlərdən məhrum etməkdir. Onun içində gözlər üçün faydalı olan maddələrdən tutmuş, beyin üçün fayalı omeqa-3 yağlarına qədər hər şey var. Qandakı xolesterin səviyyəsinin böyük hissəsi genetikadan asılıdır, yediyimiz qidalar isə buna cəmi 20-40 faiz təsir edir.Bəs yumurtanı necə yeməli? Həkimlərin məsləhəti sadədir. Onu kərə yağı əvəzinə zeytun yağında bişirmək və yanında mütləq tərəvəz və ya tam taxıllı çörək yemək lazımdır. Çünki lifli qidalar xolesterinin bədən tərəfindən sorulmasını əngəlləyir. Bir sözlə, düzgün bişirsəniz, yumurta sarısı düşmən yox, əsl dostdur.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.