AZ

ADA Universiteti 20 illik yubileyini qeyd edir (FOTO)

Bakı. Trend:

ADA Universitetinin tarixi 6 mart 2006-cı ildən başlayır vəbeləliklə bu gün 20 yaşı tamam olur. Fəaliyyətinə diplomatiktəhsillə başlayan ADA Universiteti İnformasiya Texnologiyaları vəmühəndislik, Biznes, İctimai və beynəlxalq münasibətlər, Hüquq,Təhsil, son illərdə isə ölkəmiz üçün vacib olan bir sıra yeniistiqamətlər, o cümlədən Kənd təsərrüfatı və qida elmləri, Dizaynvə memarlıq fakültələrini təsis edib.

Trend xəbərverir ki, yubiley münasibətilə təşkil olunan tədbirdə çıxış edənrektor Hafiz Paşayev ADA Universitetinin kollektivini təbrik edərəktəhsil ocağının qurulması tarixindən bəhs edib. O, çıxışındauniversitetin tələbə və professorlarını elmi tədqiqatlarda dahafəal olmağa, xüsusilə də daha çox bədii ədəbiyyat oxumağaçağıraraq, mütaliənin akademik mühit üçün xüsusi əhəmiyyətdaşıdığını vurğulayıb.

Hazırda ADA Universitetində 19 bakalavr, 13 magistr, 6doktorantura ixtisası 300 nəfərlik pedaqoji heyət tərəfindən tədrisolunur.

Proqramlardan 7-si ABŞ və Avropanın aparıcı universitetləri iləbirgə ikili diplom proqramlarıdır. Bundan əlavə, Universitettərəfindən dövlət və özəl qurumlar üçün müxtəlif mövzulardaixtisasartırma proqramları da həyata keçirilir.

ADA Universitetində 58 ölkəni təmsil edən 5000 tələbə təhsilalır. Bu günə qədər Universitetdən bir o qədər də tələbə məzunolmuşdur. Məzunların məşğulluq göstəricisi 90%-dir. Tələbələrtəhsil müddətində dünyanın müxtəlif ölkələrində yerləşən 189partnyor universitetdə mübadilə proqramlarında iştirak edirlər.

Fəaliyyətin bir hissəsi də dövlət və özəl sektorla əlaqələrininkişaf etdirilməsidir. Təhsil müddətində tələbələr müxtəlifkaryera sərgilərində və təcrübə proqramlarında iştirak edirlər.Özəl qurumlarla birgə həyata keçirilən tələbə layihələri isə onlarıerkən illərdən iş mühiti ilə tanış edir və gələcək karyeraimkanlarını genişləndirir.

Universitetin əsas fəaliyyət istiqamətlərindən biri dəregionlarda yerləşən tarixi memarlıq abidələrinin bərpa olunaraqtəhsilin orada aparılmasıdır. Belə ki, 2022-ci ildə bərpa olunmuşQazax Müəllimlər Seminariyası ali təhsilə əlçatanlığı təminetməklə, həm də regionlarda gənc kadrların inkişafına töhfəverir.

Gənclər arasında Azərbaycanın tarixi, ədəbiyyatı vəmədəniyyətinin təbliği məqsədilə Universitet tərəfindən bir sıratarixi əhəmiyyətli əsərlər və materiallar yenidən nəşr olunaraqictimaiyyətə təqdim olunmuşdur. Bu nəşrlər həm də Azərbaycanlabağlı tədqiqat işlərinə dəstəkdir.

ADA Universiteti ölkəmizdə keçirilən bir sıra nüfuzlu beynəlxalqtədbirlərdə əsas akademik tərəfdaş və ya ev sahibi kimi yaxındaniştirak edib.

Təsis olunduğu gündən akademik mükəmməllik və məsuliyyətlivətəndaşlıq kimi dəyərlər üzərində qurulmuş ADA Universiteti bu güntədris olunan proqramlar, aparılan tədqiqatlar, beynəlxalqəlaqələri ilə ölkənin gələcək potensialının gücləndirilməsinəxidmət edir.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Seçilən
168
2
az.trend.az

3Mənbələr