AZ

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

Göygöldə Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş yığıncaq keçirilmişdir. 

Yığıncaq iştirakçıları əvvəlcə, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edən videoçarx nümayiş olunmuşdur.

Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov Yeni Azərbaycan Partiyasının ölkəmizin  həyatında gördüyü işlərdən, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Sonra YAP rayon təşkilatının sədri Vüqar İsayev hesabat məruzəsi ilə çıxış etmişdir. Milli Məclisin deputatı Kamran Bayramov, YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov və başqaları partiyanın dövlət quruculuğunda, ölkədə sabitlik və inkişafın təmin edilməsində müstəsna xidmətlərindən söz açmışlar.

Sonda YAP-ın fəal üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilmişdir. 

S.ƏLİYEV,

"Azərbaycan"

Seçilən
120
azerbaijan-news.az

1Mənbələr