AZ

Multimedia "Fox News": ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı qrupu göndərməyə hazırlaşır

ABŞ "USS George H.W. Bush" aviadaşıyıcısının rəhbərlik etdiyi üçüncü aviadaşıyıcı zərbə qrupunu Yaxın Şərqə göndərməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, üçüncü təyyarədaşıyan qrup tezliklə Atlantik okeanını keçəcək və İrana qarşı əməliyyata qoşula biləcək.

Qeyd edək ki, ABŞ-İsrail hərbi əməliyyatının keçirildiyi ərazidə ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" aviadaşıyıcısı var, ikinci aviadaşıyıcı olan "USS Gerald R. Ford" isə hazırda Qırmızı dənizdə yerləşir.

Seçilən
82
3
far.az

4Mənbələr