AZ

BMU da 8 Mart: kollektivin 48 faizini təşkil edən qadınlara həsr olunan tədbir

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən rektor Yaqub Piriyev universitetin xanım əməkdaşlarını və tələbələrini səmimiyyətlə salamlayaraq, onlara ən xoş arzularını çatdırıb.

Rektor bildirib ki, Azərbaycan xalqı digər əlamətdar bayramlar kimi 8 Martı da bu gün böyük qürurla, alnıaçıq və üzüağ qeyd edir. Vurğulanıb ki, Azərbaycan qadınının yetişdirdiyi igid övladlar Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbə qazanaraq ölkəmizin suverenliyini tam təmin ediblər. Qeyd olunub ki, Azərbaycan qadınının bayramı bütövlükdə xalqımızın, Vətən və torpaq uğrunda daha sıx birləşmiş cəmiyyətimizin bayramıdır.

Çıxışda Azərbaycan qadınının zəka, müdriklik, sədaqət, qəhrəmanlıq və yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutduğu, tariximizin yeni mərhələsində də taleyüklü məsələlərin həllinə sanballı töhfələr verməyə davam edəcəyi əminliklə ifadə olunub. Bildirilib ki, qadınlarımızın bir çoxunun adları çoxəsrlik tariximizin parlaq səhifələrinə qızıl hərflərlə yazılıb, Şərqdə ilk dəfə səsvermə hüququ qazanan Azərbaycan qadını ötən əsrdə cəmiyyətdə artan rolu ilə seçilib.

Yaqub Piriyev vurğulayıb ki, ölkəmizdə qadın siyasətinin fundamental əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Onun təşəbbüsü ilə qadınların ictimai-siyasi həyata fəal inteqrasiyası və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, qadınların ölkənin ictimai, iqtisadi və mədəni həyatında fəal iştirakı üçün geniş imkanların yaradıldığı diqqətə çatdırılıb. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti önə çəkilib. Onun şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, təhsil və mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, eləcə də təbliği istiqamətində həyata keçirdiyi layihələrin Azərbaycan qadınının humanizmi və yüksək mənəvi keyfiyyətlərinin bariz nümunəsi olduğu bildirilib.

Sonra Yaqub Piriyev çıxışında BMU kollektivində qadınların mühüm yer tutduğunu xüsusi vurğulayaraq bildirib ki, hazırda universitet əməkdaşlarının 48 faizini qadınlar təşkil edir. Bu göstərici ali təhsil müəssisəsində gender balansının və bərabər imkanların təmin olunmasının bariz nümunəsidir. Rektor qadınların elmi, pedaqoji və inzibati fəaliyyətlərdə rolunun daha da artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Tədbir universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı konsert proqramı ilə davam edib. Yerli və əcnəbi tələbələrin ifasında təqdim olunan kompozisiyalar və səhnəciklər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
3
modern.az

5Mənbələr