AZ

İranın cənub səması müdafiəsiz qaldı – Şirazdakı strateji baza məhv olub

İranın cənubunda yerləşən Şiraz şəhərindəki strateji hərbi obyektlərdən biri gecə saatlarında endirilən raket zərbəsi nəticəsində sıradan çıxarılıb.

Musavat.com xəbər verir ki, "New York Times"ın jurnalisti Amir Tsarfati Şirazdakı Hava Hücumundan Müdafiə (HHM) bazasının tamamilə məhv edildiyini bildirib.

Məlumata görə, raketin hədəfə dəqiq dəyməsindən sonra bazada güclü ikincili partlayışlar baş verib. Bu, obyektin daxilində böyük miqdarda sursatın və ya yanacaq çənlərinin olduğunu göstərir. Yerli sakinlər gecə boyu ard-arda gələn partlayış səslərindən və şəhərin hərbi hissə yerləşən ərazisindən yüksələn alovdan danışıblar. Bu baza bölgənin hava məkanını qoruyan ən mühüm radiolokasiya və zenit-raket komplekslərindən biri hesab olunurdu.

Ekspertlər qeyd edirlər ki, Şirazdakı HHM sistemlərinin sıradan çıxarılması İranın cənub cinahını zərbələrə qarşı müdafiəsiz qoyur və növbəti hücum dalğaları üçün "dəhliz" açır. Hazırda SEPAH rəsmiləri ərazini mühasirəyə alıb və itkilər barədə rəsmi məlumat verməkdən yayınırlar. "Epic Fury" (Epik Qəzəb) əməliyyatı çərçivəsində ABŞ və İsrail aviasiyasının İranın daxili bölgələrindəki hərbi potensialını sistematik şəkildə məhv etməyə davam etdiyi bildirilir.

Musavat.com

Seçilən
27
50
musavat.com

10Mənbələr