AZ

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Martın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 alışdırıcı, 8 tüfəng, 8 patron darağı və 900 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
23
11
metbuat.az

10Mənbələr