AZ

Xarkova hava zərbələri endirildi, ölənlər və xəsarət alanlar var - FOTO

BAKI, 7 mart. TELEQRAF

Xarkovda Rusiya təyyarələrinin hücumu 7 nəfərin ölümünə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət xidməti məlumat yayıb.

Bildirilib ki, Xarkov şəhərindəRusiyanın raket zərbəsi nəticəsində 5 mərtəbəli binanın dağıntıları altından 7 nəfərin cəsədi çıxarılıb.

Xilasedicilər qeyd ediblər ki, hələ də dağıntılar altında insanlar qalıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, zərbə qonşu binanın 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər girişini və dördüncü və beşinci mərtəbələrdəki mənzillərin konstruksiyalarını dağıdıb. İlkin olaraq 2-si uşaq olmaqla 10 nəfər yaralanıb və 4 nəfər xilas edilib.

***

Martın 7-nə keçən gecə Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində yaşayış binasının bir hissəsi dağılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Xarkova endirilən raket və dron zərbələri nəticəsində beşmərtəbəli binanın bir hissəsi dağılıb. Xilasedicilər beşmərtəbəli binanın dağıntıları altından 5 nəfərin cəsədini çıxarıblar.

Seçilən
67
teleqraf.com

1Mənbələr