AZ

Azərbaycana Yaxın Şərqdən turist axını 22 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycana Yaxın Şərq ölkələrindən 26 240 turist gəlib.

"Cebheinfo.az" xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % çoxdur.

Ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 8 976 nəfər. Bu, 1 il əvvələ nisbətən 44,9 % çoxdur.

Bundan əlavə, İsraildən - 4 972 (2,4 dəfə çox), BƏƏ-dən - 3 137 (-42,7 %), Küveytdən - 3 555 (-4,5 %), Omandan – 2 146 (+17,3 %), Misirdən - 1 013 (+ 76,8 %), Bəhreyndən – 659 (+32,6 %), İordaniyadan - 532 (+45 %) , İraqdan - 480 (2,2 dəfə çox), , Yəməndən - 293 (-0,3 %), Qətərdən – 290 (+40,8 %), Livandan – 94 (+40 %), Fələstindən – 87 (+ 20,8 %) və Suriyadan 16 nəfər (+77,8 %) turist gəlib.

Yanvarda Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da illik müqayisədə 8 984 nəfər və yaxud 5 % çoxdur.

"Cebheinfo.az"

Seçilən
64
5
cebheinfo.az

6Mənbələr