AZ

Bayram günündə hava necə olacaq?

Bakı.Trend:

Martın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, bəzi yerlərdə havanın çiskinli, gecəyə doğru isə yağıntılıolacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubətisə gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrıyerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdəduman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, dağlardagecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5°şaxta olacaq.

Seçilən
79
5
az.trend.az

10Mənbələr