AZ

Borca görə axtarışda olan daha 117 nəfər saxlanıldı

Martın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Seçilən
33
19
senzor.az

10Mənbələr