Qadın hüquqları Azərbaycan qanunvericiliyində də möhkəm şəkildə qorunur. Bu sahə Ailə, Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələri ilə təsbit olunmuş, bir sıra dövlət proqramları qadınların hüquq və imkanlarının genişləndirilməsini təmin etmişdir. Xüsusilə 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı qadınların sosial təminatını gücləndirmiş, onların bərabər imkanlarla inkişaf etməsinə zəmin yaratmışdır.
Azərbaycan qadın siyasəti beynəlxalq səviyyədə də tanınmış və dəstəklənmişdir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatlara qoşularaq konvensiyalar və protokollar qəbul etmiş, o cümlədən "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında" konvensiyanı tətbiq etmişdir. Bu beynəlxalq təşəbbüslər qadınların hüquqlarının qorunmasını, gender bərabərliyinin təmin olunmasını və onların cəmiyyətdə bərabər imkanlarla iştirakını gücləndirir.
Bütün bu tədbirlər qadınlarımızın həm ailədə, həm də cəmiyyətdə maarifçilik, mədəniyyət və mənəviyyatın dayağı kimi fəaliyyətlərini davam etdirməsinə şərait yaradır. Onlar milli dəyərlərə sadiqlikləri, intellektual bacarıqları və fədakarlıqları ilə cəmiyyətin, dövlətin və gələcək nəsillərin inkişafına əvəzsiz töhfələr verir. Azərbaycan qadın siyasəti həm milli, həm də beynəlxalq səviyyədə qadınların hüquqlarının qorunmasını və inkişafını təmin edən möhkəm hüquqi və sosial əsaslara malikdir.
Azərbaycan qadını - milli irsin qoruyucusu, mənəviyyatın dayağı və gələcəyimizin ümidverici simvoludur. Onun fəaliyyəti və rolu hər zaman dövlətimizin prioritet siyasətinin mərkəzində dayanır və gələcək nəsillər üçün örnək təşkil edir. Bu gün qadınlarımızın uğurları və cəmiyyətin inkişafındakı əvəzsiz rolu hər birimizin qürur mənbəyidir.
Sonda isə bütün qadınlarımızı ən səmimi qəlbdən təbrik edirik! Sizin fədakarlığınız, zəhmətiniz və milli dəyərlərə sədaqətiniz Azərbaycan cəmiyyətini daha da gücləndirir. Qadınlarımızın günü mübarək, uğurlarınız daim artsın və həyatınız hər zaman sevgi, xoşbəxtlik və hörmətlə dolu olsun!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31