AZ

a niyə daxil olmaq olmur? AÇIQLAMA

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Editor.az İnformasiya Portalının fəaliyyətində fasilə yaranıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Editor.az redaksiyası açıqlama ilə çıxış edib.

Məlumata görə, son günlər portalın serverinə və DNS infrastrukturuna yönəlmiş çoxsaylı kiberhücumlar nəticəsində saytın fəaliyyəti müvəqqəti olaraq dayanıb. Bildirilib ki, təhlükəsizliyin təmin olunması üçün bütün zəruri tədbirlər görülüb.

Qeyd olunub ki, hətta serverin dəyişdirilməsinə baxmayaraq, ardıcıl hücumların davam etməsi səbəbindən portalın işini tam şəkildə bərpa etmək hələlik mümkün olmayıb.

Hazırda texniki komanda problemin aradan qaldırılması istiqamətində intensiv iş aparır.

Açıqlamada həmçinin bildirilib ki, ehtimal olunan maraq qruplarının portala kənardan məqsədli müdaxilələrinin olub-olmadığını araşdırmaq məqsədilə Editor.az müvafiq dövlət qurumlarına rəsmi müraciət etməyi planlaşdırır.

Portal oxucularına göstərdikləri anlayışa görə təşəkkür edib və vəziyyətlə bağlı əlavə məlumatların operativ şəkildə təqdim olunacağını bildirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
azxeber.com

10Mənbələr