"Real Madrid"in türkiyəli ulduzu Arda Güler yenidən tənqid hədəfinə çevrilib. Türkiyə yığmasının 21 yaşlı üzvünun "Selta" ilə oyundakı davranışı ispaniyalı jurnalistləri hiddətləndirib. Metbuat.az xəbər verir ki, Arda "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatan matçda əsas heyətdə meydana çıxıb. O, ilk qolun ötürməsini verməklə azarkeşlərin alqışını qazanıb. Oyunun ən yaxşılarından olan Güler 65-ci dəqiqədə əvəzlənib. Adını lövhədə görən Arda baş məşqçi Alvaro Arbeloaya etiraz edib. 21 yaşlı futbolçunun Arbeloanın qərarına istehza ilə gülməsi İspaniya mediasının diqqətindən yayinmayıb. İdman jurnalistləri bu davranışı Ardaya yarasdırmayıblar. Qeyd edək ki, Türkiyə mediası da futbolçunun davranışına biganə qalmayıb. Ardanın hərəkəti öz ölkəsində də tənqid olunub.