ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın üzrünü şərh edərək bildirib ki, bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib.
Hakimiyyet.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social"da yazıb.
"İran qonşulara daha atəş açmayacağına söz verib. Bu söz yalnız ABŞ və İsrailin amansız hücumu sayəsində verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və orada hökmranlıq etmək istəyirdilər. Bu, min illər ərzində İranın ilk dəfə ətraf Yaxın Şərq ölkələrinə məğlub olmasıdır".
ABŞ Prezidentinin sözlərinə görə, İran bu gün çox güclü zərbə alacaq: "İranın “pis davranışı” səbəbindən əvvəllər hədəf hesab edilməyən ərazilər və qruplar indi hücuma məruz qala bilər"
“Bu vəd yalnız ABŞ və İsrailin amansız hücumlarına görə verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və nəzarətdə saxlamaq istəyirdilər. Minilliklər ərzində ilk dəfədir ki, İran ətrafdakı Yaxın Şərq ölkələrinə uduzur. Artıq İran “Yaxın Şərqin xuliqanı” deyil, onlar “Yaxın Şərqin məğlubları”dır”..