AZ

Bu ölkənin 68% i işıqsız qaldı: 20 saatdan çox...

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ-nin Venesuela əməliyyatından sonra neft embarqosunu daha da gücləndirdiyi Kubada enerji böhranı hər gün daha da pisləşir.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, Kuba əhalisinin 68%-i yanacaq çatışmazlığı və elektrik stansiyalarındakı nasazlıqlar səbəbindən elektriksiz qalıb.

Kuba Elektrik Birliyi (UNE) Kubada fəaliyyət göstərən 16 istilik elektrik stansiyasından səkkizinin nasazlıqlar səbəbindən sıradan çıxdığını açıqlayıb.

Buna görə də, ölkə daxilində gündəlik 20 saata qədər elektrik kəsintiləri baş verir. 

Bəyanatda vurğulanır ki, əhalinin təxminən 68%-i enerji tələbatının pik saatlarında elektrik enerjisindən məhrumdur və bu, ölkə tarixində ən yüksək kəsinti səviyyəsidir.

Kuba mətbuatının yazdığına görə, elektrik kəsintilərinin əsas səbəbləri ölkənin ümumi elektrik enerjisi istehsalının təxminən 40%-ni təşkil edən elektrik stansiyalarındakı nasazlıqlar və ABŞ-nin tətbiq etdiyi neft embarqosudur.

Qeyd edək ki, 3 yanvarda ABŞ qüvvələri Karakasda keçirilən əməliyyatda Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını qaçırıblar. Tramp administrasiyası Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ilə razılığa gəldikdən sonra həmin ölkədən Kubaya neft daşınmasını tamamilə dayandırıb.

Tramp daha əvvəl bildirib ki, İran rejimi təslim olandan sonra Kuba da süqut edəcək.

Billurə

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
96
2
olke.az

3Mənbələr