AZ

Son dəqiqə: Əliyar Ağayevlə Nicat İsmayıllı artıq Bakıdadı!

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bir neçə gün əvvəl Küveyt kubokunun oyunlarını idarə etmək üçün bu ölkəyə yollanan FİFA referisi Əliyar Ağayevlə köməkçisi Nicat İsmayıllıdan xəbər var.Hakim həmvətənlərimiz, nəhayət, vətənə qayıda bilib. AFFA-dan “Football-plus.az”a bildirilən məlumata görə onlar ikisi də artıq Bakıdadı. Xatırladaq ki, ABŞ ilə İsrail fevralın 28-də İrana hücum edib. İran cavabında qonşu ölkələrə zərbələr endirib. Nəticədə Yaxın Şərq ölkələri hava məkanını bağlayıb. Bu üzdən Ağayev və İsmayıllı günlər idi vətənə dönə bilmirdi.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
2
icma.az

3Mənbələr