AZ

Aşpazı Neymarı məhkəməyə verdi


“Santos”un hücumçusu Neymarın aşpazı braziliyalı futbolçunu məhkəməyə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Metropoles” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, o, Neymara qarşı əmək müqaviləsinə əməl etmədiyinə görə məhkəmə iddiası qaldırıb.
Belə ki, qadın futbolçunun malikanəsində gündə orta hesabla 14 saatdan çox işləyib. Bununla da Neymar aşpazın onun gündə 10 saatdan çox işləməməsini nəzərdə tutan əmək müqaviləsini pozub. Bəzən o, braziliyalı oyunçunun dəvət etdiyi 150 qonağa yemək hazırlamaq üçün saat 23:00-dan və ya gecə yarısından sonra qalmalı olub. O, həmçinin ərzaqları boşaltmaq məcburiyyətində qalıb və bu da onda bel problemlərinə, həmçinin omba iltihabına səbəb olub.
Seçilən
96
1
yeniavaz.com

3Mənbələr