AZ

45 yaşlı aktrisa 15 yaşlı qızı ilə qəzada öldü

Rusiyalı məşhur aktrisa Yekaterina Vedunova həlak olub.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, o martın 4-də keçirdiyi avtomobil qəzasında həyatını itirib.

Həmin vaxt aktrisanın 15 yaşlı qızı da nəqliyyat vasitəsində olub. O da həlak olub.

Xatırladaq ki, aktrisa 1980-ci ilin iyulunda doğulub.

2004-cü ildə Sobinov adına Saratov Dövlət Konservatoriyasının teatr şöbəsini (V.Z. Fedoseyevin sinfi) bitirib. Balakovo Dram Teatrında işləyib. Moskva İncəsənət Teatrında aktrisa kimi fəaliyyət göstərib.

"Sklifosovski", "Saşa-Tanya", "Möhtəşəm beşlik", "Univer" və "Çernobıl" televiziya seriallarındakı rolları ilə yadda qalıb.

Seçilən
44
2
far.az

3Mənbələr