Bu gün Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə – 23-cü tura start veriləcək.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. “Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.
Hazırda Saşa İliçin komandası 31 xalla 7-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi isə 7 xalla sonuncu – 12-ci yeri tutur.
Bu komandaların ilk iki dövrədəki oyunlarında “Sumqayıt” qələbə qazanıb – 4:1 və 2:0.
Azərbaycan Premyer Liqası
23-cü tur
7 mart
15:00. “Karvan-Yevlax” – “Sumqayıt” 1:1
Yevlax şəhər stadionu