AZ

İranın “Buşehr” gəmisi Şri-Lanka Hərbi Dəniz Qüvvələrinə təslim oldu

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Bushehr” gəmisi ABŞ-ın hücumundan sonra Şri-Lanka Hərbi Dəniz Qüvvələrinə təslim olub. Hadisə İran donanmasına məxsus digər hərbi gəmi – “Dena” korvetinin batırılmasından sonra baş verib.

NOCOMMENT.az xəbər verir ki, məlumatlara görə, İranın “Dena” korveti Hindistandan geri qayıdarkən ABŞ-a məxsus sualtı qayıq tərəfindən batırılıb. Bu hadisədən sonra eyni təlimlərdə iştirak edən ikinci İran gəmisi – IRIS Bushehr vəziyyətin təhlükəli olduğunu nəzərə alaraq Şri-Lanka Hərbi Dəniz Qüvvələrinə təslim olmaq qərarı verib.

Bildirilib ki, gəmi müharibə başa çatana qədər Şri-Lankanın Trinkomala limanına yerləşdirilib. Hazırda gəminin ekipajı isə beynəlxalq qaydalara uyğun olaraq internasiya edilib.

Hadisə İran donanmasının son günlər üzləşdiyi ağır itkilərin növbəti epizodu kimi qiymətləndirilir.

Seçilən
119
nocomment.az

1Mənbələr