AZ

Abşeronda şəhid ailələrinin xanım üzvləri ilə birgə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib – FOTOLAR 

Abşeron rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib. Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, regional idarələrin, rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib. Dövlət Himnimizin oxunması ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid analarını, həyat yoldaşlarını və əmanətləri olan qız övladlarını bayram münasibəti ilə təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycan qadınları hər zaman xalqımızın qürur mənbəyi, baş tacımız olmuşdur. Azərbaycan qadınının ailələrimizin əsas dayağı, mili-mənəvi dəyərlərin daşıyıcısı və təbliğatçısı olduğunu qeyd edən RİH başçısı vurğulayıb ki, onlar Vətən müharibəsində özlərinin məğrurluğu, vətənpərvərliyi və milli təəssübkeşliyi ilə bir daha fərqləniblər. Bildirilib ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində qazanılan şanlı qələbəmizdə qadınlarımızın əvəzsiz rolu var. İgid, qorxmaz, cəsur qəhrəmanlarımızın yetişməsində, onların boya-başa çatdırılaraq tərbiyə edilməsində, vətəni sevdirməsində anaların göstərdiyi fədakarlıq xüsusi vurğulanıb.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycan qadınlarının dünya miqyasında qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən danışaraq qeyd edib ki, qadınlarımız hər zaman beynəlxalq aləmdə öz nüfuzları, bəşəriyyətə, dünya mədəniyyətinə verdiyi töhfələrlə seçiliblər.
Milli Məclisin deputatı Nigar Məmmədova Azərbaycan qadınlarının ailə bağlarını və mədəniyyətimizi inkişaf etdirməsindən, onu qoruyaraq nəsillərdən nəsillərə ötürməsindən danışaraq qeyd edib ki, hazırda dövlət idarəçiliyinin bütün sahələrində uğurla təmsil olunur.

Sonra Vətən Müharibəsi şəhidi Əli Ələkbərovun anası Rəna Bağırova və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

Abşeron rayonunun ictimai-siyasi həyatında fərqlənən, o cümlədən milli-mənəvi dəyərləri təbliğ edən xanımlara Fəxri Fərmanlar təqdim olunub.

Sonda bədii hissədə ölkəmizin tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.

image-img-20260307-wa0050 image-img-20260307-wa0049 image-img-20260307-wa0048 image-img-20260307-wa0047 image-img-20260307-wa0046 image-img-20260307-wa0045 image-img-20260307-wa0044 image-img-20260307-wa0042 image-img-20260307-wa0041 image-img-20260307-wa0040 image-img-20260307-wa0039 image-img-20260307-wa0037-1

Seçilən
1
10
veteninfo.az

10Mənbələr