İran, İsrail və ABŞ arasında davam edən gərginlik fonunda Dubayda hava məkanı vaxtaşırı qapandığı üçün uçuşlar ləğv edilib.
Xezerxeber.az-ın məlumatına görə, hazırda orada olan bir çox azərbaycanlılar ölkəyə qayıtmaqda çətinlik çəkirlər. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olan Mehdi Heybətov deyir ki, yanvarın 21-də Dubaya gedib, fevralın 28-i isə uçuşu baş tutsa da, 6 saat havada qaldıqdan sona təyyarə geri qayıdıb.
Vətəndaşlar qeyd edirlər ki, Dubaydan Azərbaycana uçuşlar yalnız bir aviaşirkət tərəfindən təşkil edilir. Biletlərin qiyməti isə 1 852-2 336 manata qədər yüksəlib.
XİN-dən isə bildirilib ki, nazirliyin bütün struktur bölmələri məsələ ilə bağlı ilk günlərdən gücləndirilmiş iş rejiminə keçib. Hətta ilk fürsətdə oradakı vətəndaşların təxliyəsi həyata keçirilir. Beş ölkə - BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Bəhreyndən təxminən 1000-ə yaxın müraciət daxil olub. Bütövlükdə bütün proses nəzarət altındadır və aidiyyəti üzrə daim əlaqə saxlanılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.