Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
"Ölkə.az" xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 2016-cı il təvəllüdlü Abdullayev Amil Mehdi oğlu yolu keçmək istəyən zaman "Chevrolet" markalı avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.