AZ

Yaşıl meydana qayıtmağa yaxındı

Maykl Antonio yaşıl meydana qayıtmağa yaxındı.

"Football-plus.az" xəbər verir ki, o, keçirdiyi ağır avtomobil qəzasından sonra futbola dönmək üçün Qətərin “Əl-Sayliya” klubu ilə qısamüddətli müqavilə imzalamağa hazırlaşır.

Son vaxtlar “Çarlton”la məşq edən “Vest Hem”in sabiq hücumçusunun Qətər klubuna keçməsi gözlənilir. Məlumata görə, 35 yaşlı forvardın Yaxın Şərqə transferi ilə bağlı danışıqlar son mərhələdədi və yaxın günlərdə rəsmi təsdiqin veriləcəyi gözlənilir.

Xatırladaq ki, Antonio 2024-cü ilin dekabrında ayağının bir neçə yerdən sınması ilə nəticələnən qəzadan sonra İngiltərədə heç bir rəsmi oyuna çıxmayıb. O, ötən ilin iyununda KONKAKAF Qızıl Kuboku çərçivəsində Yamayka yığmsının heyətində çıxış etsə də, cari mövsüm başlamazdan əvvəl “Vest Hem” tərəfindən sərbəst buraxılıb.

Seçilən
105
4
football-plus.az

5Mənbələr