Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev və FİFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) Axar.az-a bildirilib ki, bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar.
AFFA yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.