AZ

TDT Xarici İşlər Nazirləri son hadisələrlə bağlı birgə bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurası 7 mart 2026-cı il tarixində İstanbulda çağırıldı və regional və qlobal inkişaflar, o cümlədən ətraf bölgələrdə insan iztirablarına, ölümlərə və genişmiqyaslı humanitar çağırışlara səbəb olan mövcud silahlı münaqişə və qarşıdurmaların son zamanlar artması barədə ətraflı məsləhətləşmələr həyata keçirdi.

Nazirlər Yaxın Şərqdə son zamanlar artan zorakılıq və onun dağıdıcı nəticələri ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər. Onlar günahsız insanların həyatını təhlükəyə atan və bölgədə sabitliyi pozan bütün hərəkətləri pislədilər.

Nazirlər TDT Üzv Dövlətlərinin təhlükəsizliyinə qarşı hər hansı təhdidin bütün Təşkilat üçün narahatlıq doğurduğunu vurğuladılar və güc tətbiqinin yolverilməzliyini və suverenlik və ərazi bütövlüyü kimi universal prinsiplərə riayət etməyin vacibliyini qeyd etdilər.

Nazirlər İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikası və mülki obyektlər daxil olmaqla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumları qətiyyətlə pislədilər.

Nazirlər regional vəziyyəti daha da ağırlaşdıran və gərginlik coğrafiyasını genişləndirməriskini daşıyan bu kimi məsuliyyətsiz hərəkətlərin təkrarlanmamasına dair çağırış etdilər.

Seçilən
101
4
azpost.info

10Mənbələr