Kriştiano Ronaldonun zədələndiyini xəbər vermişdik. Ulduz futbolçunun hələ ki, sıraya nə vaxt dönəcəyi məlum deyil.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in baş məşqçisi Jorje Jezuş Kriştianonun Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun “Əl-Feyha” ilə oyununda aldığı zədə haqda danışıb.
Portuqaliyalı mütəxəssis müayinədən sonra zədənin gözləniləndən daha cidd olduğunun müəyyənləşdiyini, istirahət və sağalma tələb etdiyini deyib. Jezuş Kriştianonun tezliklə meydana qayıdacağına və komandaya kömək edəcəyinə ümid etdiklərini bildirib.
Ronaldo bu mövsüm “Əl-Nəssr”in heyətində bütün yarışlarda 26 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta