AZ

Türkiyə şirkətinin istehsal etdiyi 27 min bomba İsrailə satılır 660 milyonluq razılaşma üzə çıxdı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son vaxtlar Türkiyədə bəzi dairələr media və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı böhtan kampaniya aparmağa başlayıb. Bu kampaniya Naxçıvana dron hücumundan sonra daha da artıb. Azərbaycanın İsraillə sıx əlaqələrinin olduğu əsas “arqument” kimi ön plana çıxarılır. Ona görə də, İranı günahlandırmağın doğru olmadığı vurğulanır. Təbii ki, heç bir məntiqə söykənməyən bu iddiaların səsləndirilməsi bir sıra şübhəli suallar doğurur.

Bəzi iddialara görə isə bu kampaniyanın arxasında həm də İranın sosial şəbəkə və mediadakı proksi qüvvələri dayanır.

Bu şər-böhtan kampaniyası fonunda məlum olur ki, ABŞ Türkiyənin hərbi sənaye şirkəti tərəfindən istehsal edilən 27 min bombanı İsrailə satır. Bu müqavilənin dəyərinin təxminən 660 milyon dollar olduğu bildirilir.

İsrailin “ynet Global” saytı bildirir ki, Türkiyənin müdafiə şirkətinə məxsus Texas zavodunda istehsal olunan 20.000-dən çox MK-80 bombası İsrailə tədarük edəcək. 660 milyon dollarlıq bu müqavilə ABŞ tərəfindən icra olunacaq. Sayt iddia edir ki, bu, Dövlət Departamentinin sənədlərində aşkarlanan qeyri-adi bir detaldır.

Bütün bunların qarşılığında Türkiyədə anti-Azərbaycan mövqeyinin qızışmasının səbəbi olduqca maraq doğurur. Ümumiyyətlə, bunun arxasında kimlər dayanır və məqsəd nədir?

Xatırladaq ki, beynəlxalq qaydalara görə, istehsalçı ölkənin razılığı olmadan ondan alınan silahlar, hərbi sursatlar üçüncü ölkəyə satıla bilməz. Bu da o deməkdir ki, Türkiyə 27 min bombanın İsrailə satılmasından öncədən xəbərdar olub və buna razılıq verib.

Yeri gəlmişkən, Milli Məclisin deputatı Musa Quliyev APA-a müsahibəsində Türkiyədə Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyasının başındakı medianın rəhbərinin Berat Albayrak olduğunu deyib. Sitat: “Azərbaycan məqsədyönlü şəkildə ləkələnir və ölkəmizin rəhbərliyi təhqir olunur. Təəccüb doğuran isə odur ki, “Turkuvaz” qrupunun rəhbəri Berat Albayrak Prezident Ərdoğanın ailəsinin yaxın üzvüdür. Bu şəxs ciddi nöqsanlarına görə vaxtilə Türkiyə Prezidenti tərəfindən bütün vəzifələrindən azad edilmişdi. Lakin energetika naziri olduğu dövrdə belə Azərbaycana qarşı qruplaşmaların ön sırasında yer alırdı. Bu gün isə o hələ də türk ictimai rəyində malik olduğu güclü təsir imkanlarından həmin məqsədlər üçün istifadə edir. Təəccüblü deyil ki, Türkiyədə bu gün də bir sıra media resursları tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın başında “Turkuvaz” qrupu dayanır”

Türkiyə və İsrail rəsmi olaraq müttəfiq ölkələrdir. Hökumətlər arasında münasibətlər zaman-zaman gərginləşsə də, dövlətlərarası əlaqələr ümumilikdə yüksək səviyyədə qalır. Üstəlik, Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsi də yüksək səviyyədə olub və müxtəlif sahələrdə sıx əməkdaşlıq həyata keçirilib. Bunu təsdiqləyən rəsmi sənədlər, hesabatlar var. Bu hesabat ötən ilin yayında beynəlxalq və yerli mediada yayılmışdı.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
139
globalinfo.az

1Mənbələr