İran dronunun qalıqları “Dubay Marina”dakı çoxmərtəbəli binanın üzərinə düşüb.
Nəticədə binanın fasadına zərər verib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə BƏƏ hökumətinin mətbuat xidməti bildirib. Mətbuat xidmətinin açıqlamasında deyilir:
"Uğurlu vurulma nəticəsində yaranan qalıqlar “Dubay Marina”dakı çoxmərtəbəli binanın fasadına ziyan vurub".
Vəziyyətin nəzarət altında olduğu və hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.