AZ

​Küveyt neft istehsalını ehtiyat tədbiri olaraq azaltdı

"Kuwait Petroleum Corporation" İranın ölkəyə yönəlmiş təkrarlanan hücumları səbəbilə xam neft hasilatı və neftayırma fəaliyyətlərini ehtiyat tədbiri kimi azaltdığını açıqlayıb.Metbuat.az xəbər verri ki, "Kuwait News Agency"nın yaydığı məlumata görə, şirkətin açıqlamasında qeyd olunub ki, İran tərəfindən həyata keçirilən hücumlar fonunda xam neft istehsalı və emalı fəaliyyətlərində ehtiyat xarakterli azalma tətbiq edilib. Açıqlamada istehsalın nə qədər azaldıldığı barədə konkret rəqəm açıqlanmayıb. Bildirilib ki, bu qərar tamamilə ehtiyat tədbiri xarakteri daşıyır və vəziyyətin inkişafına uyğun olaraq yenidən nəzərdən keçiriləcək.

Şirkət eyni zamanda vurğulayıb ki, şərait əlverişli olduqda istehsal səviyyələrini əvvəlki həddə qaytarmağa tam hazırdır.

Seçilən
124
metbuat.az

1Mənbələr