AZ

Perunun 4 departamentində fövqəladə vəziyyət elan edilib

Perunun 4 departamentində fövqəladə vəziyyət elan edilib

Peru hakimiyyəti ölkənin dörd departamentinin bir neçə əyalətində cinayətkarlıqla mübarizə məqsədilə fövqəladə vəziyyət elan edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə respublika hökuməti məlumat yayıb. Sənədin mətnində bildirilir ki, fövqəladə vəziyyət rejimi narkotik vasitələrin qanunsuz dövriyyəsinə, bununla bağlı cinayətlərə və zorakılığın digər təzahürlərinə qarşı mübarizə aparmaq məqsədilə tətbiq edilir.

60 gün müddətinə qüvvədə olacaq bu tədbir Ayakuço, Kusko, Xunin və Pyura departamentlərinin ayrı-ayrı rayonlarını əhatə edəcək. Hökumətin bəyanatında deyilir:

"Peru Polisi silahlı qüvvələrin dəstəyi ilə daxili asayişi təmin edəcək və kəşfiyyat məlumatları, statistika, cinayət xəritələri və digər alətlər əsasında əməliyyat zonalarını müəyyən edəcək".

Fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərmana əsasən, həmin ərazilərdə qüvvədə olduğu müddət ərzində bəzi konstitusion hüquqlar — yaşayış yerinin toxunulmazlığı, hərəkət azadlığı və toplaşmaq azadlığı kimi hüquqlar müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

Seçilən
117
afn.az

1Mənbələr