AZ

İsrail ilk dəfə İranın neft infrastrukturunu vurdu - Rejim dəyişikliyinə ümid azalır, strategiya yenilənir

İsrailin İran ərazisində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı diqqətçəkən məlumat yayılıb.

Musavat.com xəbər verir ki, The Times of Israel nəşri israilli rəsmilərə istinadən yazır ki, təxminən 10 gündür davam edən müharibə ərzində İsrail ilk dəfə İranın neft infrastrukturuna zərbə endirib.

Məlumata görə, hərbi əməliyyatların başlanmasından bəri İsrail əsasən hərbi bazaları, raket obyektlərini, komanda mərkəzlərini və nüvə infrastrukturu ilə bağlı hədəfləri vururdu. Neft obyektlərinin hədəfə alınması isə ilk belə hal kimi qiymətləndirilir.

Ekspertlər hesab edir ki, bu addım münaqişənin gedişində yeni mərhələnin başlanğıcı ola bilər. Belə ki, İran iqtisadiyyatının əsas gəlir mənbəyi məhz neft sektoru olduğundan bu infrastruktura zərbələr Tehrana qarşı iqtisadi təzyiqi artırmaq məqsədi daşıya bilər.

 

Musavat.com

Seçilən
138
musavat.com

1Mənbələr