AZ

Məşqçi ilə Arda Gülər arasında gərginlik yaşandı: “Ona məndən çox inanan yoxdur”

ain.az, Sherg.az saytına istinadən bildirir.

İspaniya La Liqasının 27-ci turunda “Real Madrid” səfərdə “Selta Viqo”nu 2-1 hesabı ilə məğlub edib. Arda Gülər oyuna ilk 11-də başlayıb və 11-ci dəqiqədə asist edib. “Real Madrid”in qolları isə Tchouameni və Valverdedən gəlib.

Lakin 65-ci dəqiqədə Arda oyundan çıxarılıb. Futbolçunun “Mənmi?” reaksiyası kameraya əks olunub və gərginlik yarandı.

Baş məşqçi Alvaro Arbeloa açıqlamasında deyib:

“Başqa hansı baş məşqçi Ardaya bu qədər dəqiqə verdi? Ona məndən çox inanan və güvənən yoxdur.”

Arbeloa həmçinin gənc futbolçunun inkişafına dəstək verdiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
sherg.az

1Mənbələr