AZ

Fiziklər 50 il əvvəl proqnozlaşdırılmış maqnit burulğanlarını müşahidə ediblər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fiziklər atom qalınlığında olan xüsusi material üzərində aparılan eksperiment zamanı 50 il əvvəl nəzəri olaraq proqnozlaşdırılmış maqnit burulğanlarını ilk dəfə müşahidə ediblər.

Oxu.Az "ScienceDaily" nəşrinə istinadən xəbər verir ki, təcrübə zamanı material soyudulduqda, atomların maqnit istiqamətləri kiçik burulğan formasında strukturlar yaradıb.

Bu hadisə ikiölçülü maqnetizm haqqında 1970-ci illərdə irəli sürülmüş nəzəri modelin düzgün olduğunu göstərir. Alimlərin fikrincə, kəşf maqnit materiallarının davranışını daha dərindən anlamağa imkan verir.

Tədqiqatçılar bildiriblər ki, belə strukturlar gələcəkdə ultrakiçik elektron cihazların yaradılmasına kömək edə bilər. Bu texnologiya məlumatlarının daha sıx və sürətli şəkildə saxlanılması üçün yeni imkanlar açır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
164
2
oxu.az

3Mənbələr