AZ

Nigeriyada Rus Pravoslav Kilsəsinin icma üzvləri öldürülüb

Nigeriyada ekstremistlər Rus Pravoslav Kilsəsinin icma üzvlərinə hücum ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Afrika Patriarxal Ekzarxatı özünün “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, martın 6-da səhər saatlarında terrorçular Nigeriyanın Benue ştatında yerləşən xristian kəndinə hücum ediblər. Ölənlər arasında kənddə fəaliyyət göstərən Rus Pravoslav Kilsəsi icmasının üzvləri – Con Akule və Daniil Ahemba da var.

Ekzarxatın bildirdiyinə görə, bu hadisə Rus Pravoslav Kilsəsinin Afrikadakı icma üzvlərinin qətlə yetirilməsi ilə bağlı ilk hadisədir. Hücum nəticəsində qəsəbənin ümumilikdə 10 sakini öldürülüb və onların cəsədləri sonradan tapılıb.

Seçilən
103
1
yeniazerbaycan.com

2Mənbələr