Niderland millisinin üzvü Rayan Qravenberç "Liverpul"la müqaviləsini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşmə 2032-ci ilin yayına qədər nəzərdə tutulub. Digər detalları isə açıqlanmayıb.
Qeyd edək ki, Qravenberç "Liverpul"a 2023-cü ildə "Bavariya"dan transfer olunub. O, "qırmızılar"da ümumilikdə 123 oyun keçirib və 8 qol vurub.