AZ

ABŞ Avropadan İrana zərbə endirməyə başlayacaq 

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd B-1 Lancer strateji bombardmançı təyyarəsi İrana qarşı yeni zərbələrə hazırlıq məqsədilə İngiltərənin cənub-qərbindəki Fairford Hərbi Hava Qüvvələri bazasına yerləşdirilib.


Manset.az The Guardian-a istinadən xəbər verir ki, bombardmançı təyyarələrdən biri martın 6-da Britaniya hava bazasına çatıb, daha üç təyyarə isə martın 7-də yerləşdirilib. Böyük Britaniya Müdafiə Nazirliyi B-1 təyyarələrinin bazalara gəlişini təsdiqləyib: "Amerika Birləşmiş Ştatları bölgədə Britaniya vətəndaşlarının həyatını təhlükəyə atan İran raketlərinin buraxılmasının qarşısını almaq üçün Britaniya bazalarından xüsusi müdafiə əməliyyatları üçün istifadə etməyə başlayıb".

ABŞ-ın "yaxın günlərdə" İrana zərbə endirmək üçün Fairford Hərbi Hava Qüvvələri Bazasından döyüş uçuşları həyata keçirməyə başlayacağı gözlənilir.

Martın 1-də Böyük Britaniyanın Baş naziri Keir Starmer, hökumətinin İrandakı raket anbarlarına zərbə endirmək üçün ABŞ-ın hərbi bazalarından istifadə etmək tələbini təsdiqlədiyini açıqlayıb. Söhbət Hind okeanındakı Dieqo Qarsiyadakı birgə Britaniya-Amerika bazası və Avropadakı ABŞ ağır bombardmançılarının əsas bazası olan İngiltərənin Qlosterşir şəhərindəki Fairford Hərbi Hava Qüvvələri Bazasından gedir. Starmer Londonun ABŞ zərbələrinə qoşulmayacağını bəyan edib.

Seçilən
4
5
manset.az

6Mənbələr