AZ

Tehranda küçələr də YANIR FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın paytaxtı Tehran şəhərində ABŞ-İsrail hücumları nəticəsində neft anbarlarında güclü partlayışlar baş verib. Hadisədən sonra anbarlardan yüksələn alovların şəhərin müxtəlif yerlərindən göründüyü bildirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan görüntülərdə yanan neft anbarlarından qalxan alovların geniş əraziyə yayıldığı müşahidə olunur.

Sosial mediada paylaşılan kadrlarda həmçinin Şəhran neft anbarı ərazisindən sızan və yol boyunca yanan yanacağın görüntüləri də yer alıb.

Məlumata görə, şəhərin şimal-qərbində yerləşən Cənnət Abad rayonunun Kulsar küçəsində alovların yüksəlməsi nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

"Fars" Xəbər Agentliyinə danışan İran Neft Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi hücumlarda Tehran və Kərəc şəhərlərində yerləşən üç neft anbarının hədəf alındığını təsdiqləyib.

İran Milli Neft Emalı və Paylama Şirkəti isə açıqlamasında bildirib ki, hücumdan əvvəl Tehran və Əlborz əyalətindəki anbarlardakı ehtiyatlar minimum səviyyəyə endirilib və yanacaq tədarükü digər mənbələr hesabına təmin olunur.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
9
news.milli.az

10Mənbələr