sport24.az saytına istinadən ain.az xəbər verir.
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XVIII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin sonuncu oyununda "Neftçi" "Gəncə" ilə qarşılaşacaq.
Sərhədçi İdman Mərkəzində baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
Hazırda aktivində 25 xal olan "Gəncə" A qrupunda 3-cü pillədə qərarlaşıb. Eyni xala malik "Neftçi" isə 4-cüdür.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan", "Lənkəran"ı (104:73), "Sabah" "Şəki"ni (102:82), "Abşeron Lions" isə NTD-ni (107:88) məğlub edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.