AZ

Basketbol Liqasında turun sonu: “Neftçi” və “Gəncə” üz üzə gəlir

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Basketbol Liqasında 28-ci tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq. Turun sonuncu qarşılaşmasında “Neftçi” və “Gəncə” kollektivləri parket üzərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutacaq görüş saat 17:00-da start götürəcək. Hazırda hər iki komanda A qrupunda gərgin mübarizə aparır. “Gəncə” 25 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Eyni xala malik olan “Neftçi” isə əlavə göstəricilərə görə dördüncü sırada yer alıb. Bu oyunun nəticəsi komandaların sıralamadakı yerinə birbaşa təsir edəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında maraqlı nəticələr qeydə alınıb:

“Sumqayıt” - “Quba” – 117:116

“Sərhədçi” - “Ordu” – 70:67

“Naxçıvan” - “Lənkəran” – 104:73

“Sabah” - “Şəki” – 102:82

“Abşeron Lions” - NTD – 107:88.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
1
icma.az

2Mənbələr