AZ

Abşeronda yeniyetmə cüdoçuların həlledici günü

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” yarışının ikinci turuna yekun vurulur.

İdman.Biz xəbər verir ki, martın 7-də start götürən turnirin son günündə gənc istedadlar fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün tatami üzərinə çıxıblar.

Yarışın bağlanış günündə 134 cüdoçu ümumilikdə səkkiz dəst medal uğrunda qüvvəsini sınayır. Ümumilikdə isə iki gün davam edən turnirdə 66 klub və idman cəmiyyətindən 307 idmançı (260 oğlan, 47 qız) iştirak edir.

Yarışın keçirilməsində əsas məqsəd milli komandanın sağlam alt bazasını formalaşdırmaq və perspektivli yeniyetmələri aşkar etməkdir. Reqlamentə əsasən, hər iki turun yekun reytinq sıralamasında çəki dərəcələri üzrə ilk dörd pillədə qərarlaşan idmançılar “Gələcəyin ümidləri” xüsusi təlim proqramına cəlb olunacaqlar.

Qeyd edək ki, turnir Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
1
icma.az

2Mənbələr