AZ

Ötən il ölkələr üzrə iqtisadi artım belə olub

2025-ci ildə qeyri-müəyyənliklər və şoklara baxmayaraq qlobal iqtisadi artım davam edib.

“Cebheinfo.az” xəbər verir ki, bu haqda məlumat Beynəlxalq Valyuta Fondunun (BVF) bu ilin yanvar ayında yayımladığı hesabatında yer alıb.

BVF-nin hesabatına əsasən 2025-ci ildə dünya iqtisadiyyatı 3.3 faiz artıb. Bu göstərici 2024-cü ildə qeydə alınmış artım tempi ilə eyni səviyyədə olub.

İnkişaf etmiş ölkələr üzrə iqtisadi artım 1.7 təşkil edib. Qeyd edək ki, 2024-cü ildə iqtisadi artım 1.8 faiz olub. İnkişaf etmiş ölkələr üzrə iqtisadi artım ABŞ-də 2.1 faiz, Yaponiyada 1.1 faiz, Birləşmiş Krallıqda 1.4 faiz, Kanadada 1.6 faiz, digərlərində isə 2.3 faiz təşkil edib.

“Cebheinfo.az”

Seçilən
103
1
cebheinfo.az

2Mənbələr