AZ

Mahir Emreli oynadı, komandası uduzdu

Almaniyada ikinci Bundesliqasında 25-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” səfərdə "Bohum"la qarşılaşıb.

Emrelinin komandası rəqibinə 2:3 uduzub.

Mahir oyuna 83-cü dəqiqədə, hesab 3:2 olarkən buraxılıb.

"Kayzerslautern" hazırda 37 xalla turnir cədvəlində 7-ci yerdədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
97
3
bizim.media

4Mənbələr