Azərbaycanda bazarda çalışan gənc satıcı qızın görüntüləri sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Milli.Az xəbər verir ki, aağartı və müxtəlif kənd təsərrüfatı məhsulları satan qızın videosu qısa müddətdə yayılaraq istifadəçilər arasında müzakirə yaradıb.
Paylaşılan kadrlarda gənc qızın bazarda məhsullarını təqdim etdiyi görünür. Onun səmimi davranışı və diqqət çəkən görünüşü izləyicilərin marağına səbəb olub.
Video sosial mediada yayıldıqdan sonra paylaşımın altına çoxsaylı rəylər yazılıb. İzləyicilərin əksəriyyəti gənc qızın halal zəhmətlə pul qazanmasını təqdir etdiklərini bildiriblər. Bəzi istifadəçilər isə belə zəhmətkeş insanların hər zaman hörmətə layiq olduğunu qeyd ediblər.
Görüntülər hazırda da sosial şəbəkələrdə yayılmaqda davam edir və istifadəçilər arasında müzakirələrə səbəb olur.
Musa
Milli.Az