AZ

Xətai Sənət Mərkəzində "Milli-mənəvi dəyərlərimiz" adlı incəsənət sərgisi keçirildi

Xətai Sənət Mərkəzində rəssam və modelyer-dizayner Lalə Cəbrayılovanın təşəbbüsü və təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz" adlı incəsənət sərgisi və moda nümayişi keçirilib.

Publika.az xəbər verir ki, layihənin müəllifi və təşkilatçısı Lalə Cəbrayılova tərəfindən ərsəyə gətirilən bu tədbirin əsas məqsədi Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini incəsənət vasitəsilə təqdim etmək, yaradıcı insanlara dəstək olmaq və milli irsin təbliğinə töhfə verməkdir.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış zamanı qeyd olunub ki, milli-mənəvi dəyərlər hər bir xalqın kimliyini formalaşdıran, onun tarixini və mədəniyyətini yaşadan ən mühüm amillərdəndir.

Tədbir çərçivəsində həm tanınmış, həm də gənc rəssamların milli mövzuda hazırladıqları rəsm əsərləri sərgilənib. Bununla yanaşı, modelyerlərin milli motivlərdən ilhamlanaraq hazırladıqları geyim kolleksiyalarının nümayişi keçirilib. Nümayiş olunan kolleksiyalar Azərbaycan mədəniyyətinin estetik xüsusiyyətlərini, milli ornamentləri və ənənəvi elementləri özündə əks etdirib.

Layihənin təşkilatçısı Lalə Cəbrayılova çıxışında belə tədbirlərin keçirilməsinin milli-mənəvi irsin qorunması və gənc istedadların tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Seçilən
78
1
publika.az

2Mənbələr