AZ

Qış təslim olmur: Kəlbəcərə qar yağdı - VİDEO

Mart ayının başlanmasına baxmayaraq, yüksək dağlıq ərazilərdə qış hələ də hökmünü davam etdirir.

Musavat.com xəbər verir ki, bu gün Kəlbəcər rayonunun Ağcakənd kəndi ərazisinə qar yağıb.

Yaz fəslinin ilk günləri olmasına baxmayaraq, yağan qar kənd və ətraf dağlıq əraziləri yenidən ağ örtüyə bürüyüb. Yerli sakinlərin sözlərinə görə, son günlər havanın kəskin soyuması nəticəsində rayonun yüksək dağlıq hissələrində temperatur aşağı düşüb.

Musavat.com bununla bağlı görüntüləri təqdim edir.

Qeyd edək ki, Kəlbəcər Azərbaycanın ən yüksək dağlıq rayonlarından biri olduğu üçün burada qış mövsümü adətən daha uzun sürür və bəzi illərdə yaz aylarının əvvəlində də qar yağması müşahidə olunur.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
58
23
musavat.com

10Mənbələr