“Aston Villa”nın baş məşqçisi Unai Emeri mövsümün sonunda komandanı tərk edə bilər.
Msport.az xəbər verir ki, 54 yaşlı ispaniyalı mütəxəssis klubun maliyələşdirilməsindən narazıdır.
Emerini transerlərə qoyulan məhdudiyyət razı salmır.
“Aston Villa”nın uğurlarına baxmayaraq, komanda son illərdə həm Premyer Liqada, həm də avrokuboklarda maliyyə öhdəlikləri ilə bağlı çətinliklərlə üzləşir.
Fevralda klubun yenidən UEFA tərəfindən cəzalandırılacağına dair xəbər yayılmışdı. Bu, komandanın xərcləri ilə bağlı bəndin pozulması ilə əlaqədardır.
Xatırladaq ki, Emeri 2022-ci ildə “Aston Villa”nın baş məşqçisi təyin olunmuşdu.