AZ

Britaniya ilk hipersəs raketini bu tarixdə təqdim edəcək

Böyük Britaniya 2030-cu ilə qədər ilk hipersəs raketinin nümunəsini təqdim etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Britaniya müdafiə nazirinin müavini Luk Pollard bəyan edib.

“Müdafiə Nazirliyinin hipersəs proqramı 2030-cu ilə qədər silahın nümayiş nümunəsinin hazırlanmasına yönəlib”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Londonun 2026-cı ildə digər Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni növ dəqiq idarə olunan və hipersəs silahların hazırlanmasına 400 milyon funt sterlinq (cari məzənnə ilə 530 milyon dollardan çox) xərcləyəcəyini açıqlamışdı./Axar.az

Seçilən
90
1
bakivaxti.az

2Mənbələr