AZ

Makdevid 100-ə, Oveçkin 998-ə çatdı!

“Edmonton”un hücumçusu və kapitanı Konnor Makdevid 2025/26 mövsümündə 100 xal həddinə hamıdan tez çatdı.

"Football-plus.az" xəbər verir ki, fevralın 27-də keçirilən “Los-Anceles”lə oyunda (8:1) qol və məhsuldar ötürmə ilə yadda qaldı.

29 yaşlı kanadalı müntəzəm çempionatda keçirdiyi 60-cı oyunda qol sayını 35-ə, ötürmə sayını 65-ə çatdırdı. Makdevid karyerasında 6-cı dəfə mövsümdə hamıdan tez 100-cü xalı topladı. Kanadalı bu göstəricidə Mario Lemye və Fil Espozito ilə bərabərləşdi. Rekord isə karyerası boyunca 100 xal həddinə 9 dəfə hamıdan tez çatan Ueyn Qretskiyə məxsusdu.

“Monreal” – “Vaşinqton” (6:2) oyununda qonaqların rusiyalı hücumçusu Aleksandr Oveçkin dubl etdi. O, 7 oyunluq susqunluğa son qoydu və pley-off da nəzərə alınmaqla MHL-də qol sayını 998-ə çatdırdı. Oveçkini Ueyn Qretskinin rekordundan (1016) cəmi 18 qol ayırır.

27 fevral
Boston – Kolambus 4:2 (1:1, 1:0, 2:1)
Karolina – Tampa-Bey 5:4 (3:2, 1:2, 1:0)
Monreal – Aylenders 3:4 OT (1:0, 1:2, 1:1, 0:1)
Ottava – Detroyt 1:2 OT (1:0, 0:1, 0:0, 0:1)
Pittsburq – Nyu-Cersi 4:1 (1:0, 0:1, 3:0)
Florida – Toronto 5:1 (3:0, 0:0, 2:1)
Neşvill – Çikaqo 4:2 (1:0, 0:1, 3:1)
Reyncers – Filadelfiya 2:3 OT (1:0, 1:1, 0:1, 0:1)
Sent-Luis – Sietl 5:1 (1:1, 2:0, 2:0)
Kolorado – Minnesota 2:5 (0:0, 1:2, 1:3)
San-Xose – Kalqari 1:4 (0:0, 1:1, 0:3)
Los-Anceles – Edmonton 1:8 (1:2, 0:3, 0:3)

28 fevral
Vaşinqton – Veqas 3:2 (0:0, 3:0, 0:2)
Florida – Baffalo 2:3 (0:1, 1:0, 1:2)
Yuta – Minnesota 5:2 (1:0, 2:1, 2:1)
Anahaym – Vinnipeq 5:4 OT (0:1, 1:1, 3:2, 1:0)
Reyncers – Pittsburq 3:2 B (0:1, 1:1, 1:0, 0:0)
Filadelfiya – Boston 3:1 (0:0, 0:0, 3:1)

1 mart
San-Xose – Edmonton 5:4 (3:1, 0:1, 2:2)
Kolambus – Aylenders 3:4 OT (1:0, 2:3, 0:0, 0:1)
Kolorado – Çikaqo 3:1 (0:1, 1:0, 2:0)
Karolina – Detroyt 5:2 (2:0, 1:2, 2:0)
Los-Anceles – Kalqari 2:0 (0:0, 1:0, 1:0)
Monreal – Vaşinqton 6:2 (2:1, 2:0, 2:1)
Sent-Luis – Nyu-Cersi 1:3 (0:0, 0:2, 1:1)
Tampa-Bey – Baffalo 2:6 (0:4, 1:1, 1:1)
Toronto – Ottava 2:5 (1:1, 1:4, 0:0)
Dallas – Neşvill 3:2 OT (0:2, 1:0, 1:0, 1:0)
Sietl – Vankuver 5:1 (2:0, 1:1, 2:0)
Pittsburq – Veqas 5:0 (1:0, 3:0, 1:0)

2 mart
Aylenders – Florida 5:4 (1:2, 2:1, 2:1)
San-Xose – Vinnipeq 2:1 OT (0:1, 0:0, 1:0, 1:0)
Yuta – Çikaqo 0:4 (0:1, 0:2, 0:1)
Minnesota – Sent-Luis 1:3 (0:0, 1:1, 0:2)
Anahaym – Kalqari 3:2 B (0:1, 1:1, 1:0, 0:0)

Seçilən
24
1
football-plus.az

7Mənbələr